Suriyada son sutkanın qarşıdurmalarında 150 nəfərin ölümü qeydə alınıb
Suriyada son sutkanın qarşıdurmalarında 30-dan artıq mülki şəxs həlak olub
Bakı, Samid Bağırov, Vüsal Nəbiyev, İnteraz - 21 Noyabr 2013, 13:55
Suriyada son sutkanın qarşıdurmalarında 30-dan artıq mülki şəxs həlak olub.
İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupununun saytına istinadla verdiyi xəbərə görə, Suriyada çərşənbə gününün qarşıdurmalarında 150 nəfərin ölümü qeydə alınıb. Ölənlər daha çox Dəməşqətrafı, Hələb və ər-Riqqədə əyalətilərində olub.
Son qarşıdurmaların ən şiddətlisi ər-Riqqə əyalətində qeydə alınıb. Əyalətdə “17-ci Alay” hərbi qərargahı ətrafında gedən döyüşlərdə silahlılar bir sıra nailiyyətlər əldə ediblər və qərargahın bir neçə binasını ələ keçiriblər.
Hums şəhərində silahlılar meydanların birini minaatanlardan hədəfə alıblar ki, 3 nəfərə həlak olub və daha 25 nəfər yaralanıb.
Hələb şəhərində Üməvi məscidi ərafında gedən qarşıdurmalar hələ də davam edir. Silahlılar əyalətin əz-Zəhra qəsəbəsini minaatanlardan hədəfə alıblar.
Qarşıdurmalar Dəməşqin müxtəlif rayonları, Həsəkə əyaləti (şimal-şərq) və Laziqiyyədə də (şimal-qərb) davam edib.