"Türkiyənin istəyi Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasıdır"

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu bu bəyanatla çıxış edib

Bakı, Tural Səftərov, İnteraz - 21 Noyabr 2013, 12:11

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu bildirib ki, Ankaranın istəyi Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasıdır. İnterAz-ın xəbərinə görə, bu barədə Türkiyənin "İhlas" agentliyi xəbər verib.

 

XİN rəhbəri bildirib: "Ankaranın istəklərindən və hədəflərindən biri Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasıdır".

 

Ə.Davudoğlunun sözlərinə görə, Ermənistan Azərbaycan əlaqələrinin normallaşması və Cənubi Qafqazda stabilliyin bərqərar olması üçün Ankara üzərinə düşən hər bir şeyi etməyə hazırdır.

 

Nazir onu da qeyd edib ki, Türkiyənin hədəflərinin arasında Ankara-İrəvan münasibətlərinin normallaşması da yer alır.

 

Dekabrın 12-də İrəvanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısına dəvət edilməsinə münasibət bildirən XİN rəhbəri deyib ki, bu dəvət protokol xarakteri daşıyır.

 

Qeyd edək ki, Türkiyə XİN rəhbərinin müşaviri Osman Sərt noyabrın 20-də Əhməd Davudoğlunun İrəvana dəvətinə münasibət bildirərkən demişdi ki, bu hələ ki bəlli deyil.

sss