Səudiyyə Ərəbistanında güclü yağış 7 nəfərin həyatına son qoydu
5 nəfər isə itkin düşüb
Bakı, Həsən Babayev, Tural Səftərov, İnteraz - 21 Noyabr 2013, 12:00
Səudiyyə Ərəbistanında 5 gündür davam edən güclü yağış səbəbindən ölənlərin sayının 7-ə yüksəldiyi, 5 nəfərin itkin düşdüyü bildirilir.
İnterAz-ın Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-a istinadən verdiyi xəbərə görə, şənbə günündən bəri davam edən şiddətli yağışlar Riyadda 5, Arar şəhərində 2 nəfərin həyatına son qoyub. 5 nəfər isə itkin düşüb.
Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsinin yaydığı məlumatda bilidirilir ki, ölkədə bazar günündən bu yana davam edən yağışlar səbəbindən itkin düşənlərin axtarışları davam etdirilir.