Əfqanıstanda Ağsaqqallar Şurası ABŞ-la təhlükəsizlik müqaviləsini müzakirə edirlər

Kabulda bu gün ABŞ hərbi qüvvələrinin ölkə ərazilərində qalması məsələsi müzakirəyə çıxarılıb

Bakı, Samid Bağırov, Vüsal Nəbiyev, İnteraz - 21 Noyabr 2013, 11:30

Kabulda bu gün ABŞ hərbi qüvvələrinin ölkə ərazilərində qalması məsələsi müzakirəyə çıxarılıb.

İnterAz-ın Əfqanıstanın “AvaPress” agentliyinə istinadla verdiyi xəbərə görə, hazırda paytaxt Kabulda ölkənin 2500 qəbilə başçılarından ibarət Ağsaqqallar Şurası ( Loya Cərgə) ABŞ-la təhlükəsizlik müqaviləsini araşdırmaqdadırlar. 

Toplantıda çıxış edən Əfqanıstan prezidenti Barak Obamanın şuraya ünvanladığı məktubu oxuyub və təhlükəsizlik müqaviləsi ilə bağlı fikirlərini bildirib. Əfqanıstan prezidenti şuraya təklif verib ki, 2014-cü ildən sonra maksimum 15 min ABŞ hərbiçisi ölkədə qalsın. 

ABŞ tərəfi isə Əfqanıstanda məhdud sayda qalan hərbiçilərin məhkəmə toxunulmamazlığını tələb edib və qalan hərbiçilərin əsas vəzifəsinin təlim  və yardımdan ibarət olacağını olacağını bildirib.

Lakin Əfqanıstanın 2500-dən ibarət Ağsaqqallar Şurası ABŞ-la təhlükəsizlik müqaviləsi ilə bağlı yekun fikirlərini bildirməyiblər.

sss