İsrail ABŞ-la müttəfiqliyə son qoymaq istəyir

İsrailin özünə yeni müttəfiq axtarma səbəbi, beynəlxalq problemlərə yanaşma zamanı hər iki dövlətin mövqelərinin üst-üstə düşməməsidir

Bakı, Tural Səftərov, İnteraz - 21 Noyabr 2013, 10:40

İsrail dövləti ABŞ-ın yerinə yeni müttəfiqlər axtarışına çıxacaq. İnterAz-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin xarici işlər naziri Aviqdor Liberman açıqlama verib.

 

O, bildirib ki, İsrailin özünə yeni müttəfiq axtarma səbəbi, beynəlxalq problemlərə yanaşma zamanı hər iki dövlətin mövqelərinin üst-üstə düşməməsidir.

 

A.Liberman, İsrail və onun strateji müttəfiqi olan AŞB-la münasibətlərin zəyiflədiyini də sözlərinə əlavə edib və ABŞ-ın daxili iqtisadi problemlərinin olduğuna işarə edib.

 

Liberman, yeni müttəfiqlərin qarşısına qoyduqları şərtləri də bəyan edib: "Biz ərəb və islam dünyasından pul güdən ölkələrə müttəfiq olmaq istəmirik. Biz yeni müttəfiqlər axtarırıq".

sss