İsraildə mövcud plutonium maddəsi ona 158 nüvə bombasının istehsalına imkan verir - Araşdırma İnstitutu

Stokholmda Sülh Araşdırma İnstitutu İsraildə “Plutonium” maddəsinin geniş şəkildə istehsal edildiyini bəyan edib

Bakı, Samid Bağırov, Vüsal Nəbiyev, İnteraz - 21 Noyabr 2013, 09:49

Stokholmda Sülh Araşdırma İnstitutu İsraildə “Plutonium” maddəsinin geniş şəkildə istehsal edildiyini bəyan edib. 

İnterAz-un əl-Aləm telekanalına istinadla vediyi xəbərə görə, İsraildə Daymuna nüvə reaktorunda sözügedən maddənin istehsalının 690-950 kq-a qədər artığını bildirib. Mənbə bu məlumatın İsveçin paytaxtı Stokholmda yerləşən və dünyada tanınmış elmi mərkəzlərindən hesab edilən “Stockholm Sülh Araşdırmalar İnstitutu” nun (SIPRI) verdiyi hesabatda bildirildiyini söyləyib. 

Məlumata görə, İsrailin Daymuna nüvə reaktorunda təqribən 690-950 kq Plutonium maddəsi istehsal edilib. Hesabata görə, nəzəri baxımdan bu maddənin 6 kq-dan bir nüvə bombasının istehsal edilməsi mümkün saylır. Bu isə İsrailə imkan verir ki, 115-158 atom bombası istehsal etsin. Bildirilib ki, bu rəqəmlər 2011-ci ilin sonlarına aiddir və son iki ildə İsraildə bu maddənin nə qədər istehsal edildiyi tam bəlli deyil

sss