İsrailin baş nazirindən Putinə qeyri adi təklif

Vladimir Putin görüşdə ənənəvi olaraq Orta şərqdə yaşanan problemləri qiymətləndirdiklərini qeyd etdi

Bakı, Həsən Babayev, Vüsal Nəbiyev, Tural Səftərov, İnteraz - 21 Noyabr 2013, 09:47

İnterAz-ın Türkiyə mətbuatına  istinadən verdiyi  xəbərə  görə İran nüvə probleminin həlli mövzusunda beynəlxalq cəmiyyətin, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının uran zənginləşdirmə və digər avadanlığın məhvi və İrandan çıxarılmasını təqib etməsi lazım olduğunu deyən Benyamin Netanyahu, "Suriya kimyəvi silah probleminin həll edildiyi kimi, İran nüvə probleminin sülh yolu ilə həll edilməsi çox yaxşı olar. Sülh olmadığı təqdirdə ən çox zərəri İsrail yaşayacaq. Ancaq həll həqiqi olmalı..." deyə bildirmişdir.

 

Beynəlxalq cəmiyyətin Suriyanın kimyəvi silahların bir qismini məhv etməsindən məmnun olmayacağını ifadə edən Netenyahu, "Beynəlxalq ictimaiyyət və Rusiya, Suriyanın kimyəvi silahlardan tamamilə təmizlənilməsi mövzusunda israr etdi. Bir qisimi məhv edilməzsə Suriya yenidən bu cür silahları istehsal edə bilər ... " xəbərdarlığını etdi. 

 

İsrail baş naziri ilə görüşməsində Suriyada axan qanın bir an əvvəl dayanması mövzusunda razı olduqlarını ifadə edən Putin, "Bizlər axan qanın dayanması və Cenevrədə danışıqların davam etdirilməsi mövzusunda eyni fikiri paylaşırıq "- dedi.

 

Vladimir Putin görüşdə ənənəvi olaraq Orta şərqdə yaşanan problemləri qiymətləndirdiklərini qeyd etdi.

sss