Cenevrədə nüvə danışıqlarında İran və ABŞ müzakirəçilərinin ikitərəfli görüşləri keçirilir

Bu görüş dünən keçirilən sıx görüşlər səbəbindən baş tutmayıb və bu günə təxirə salınıb

Bakı, Samid Bağırov, Vüsal Nəbiyev, İnteraz - 21 Noyabr 2013, 09:33

Cenevrədə İran və “Altılıq” –ın nüvə danışıqları davam edir.

İnterAz-ın İran mətbuatına istinadla vediyi xəbərə görə, bu gün Cenevrə nüvə danışıqları əsanasında İran və ABŞ-ın müzakirəçiləri ikitərəfli görüşlər keçirəcəklər. ABŞ diplomatlarından birinin sözlərinə görə, bu görüş dünən keçirilən sıx görüşlər səbəbindən baş tutmayıb və bu günə təxirə salınıb. 

Bu arada əl-Məyadin məlumat verib ki, Cenevrə danışıqlarının birinci günündə Fransa tərəfi öncədən tutuduğu sərt mövqlərindən əl çəkib və danışıqlarda razılıq əldə etmək niyyətindədir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin sözlərinə görə, danışıqlar bu gün ciddi mərhələyə qədəm qoyacaq. İranın baş müzakirəçisi Əbbas Əraqçi isə ümid edib ki, cümə axşamı günündə razılaşma layihəsinin ilkin mətninin hazırlanacaq.

İran - “Altılıq” nüvə danışıqlarının bir neçə gün sürəcəyi ehtimal edilir.

sss