Gürcüstana yeni baş nazir təyin edildi

Ölkə parlamenti yeni nazirlər kabinetinə və hökumət proqramına etimad göstərib

Bakı, Tural Səftərov, İnteraz - 21 Noyabr 2013, 09:18

Gürcüstan prezidenti Georgi Marqvelaşvili noyabrın 20-də axşam saatlarında İrakli Qaribaşvilini baş nazir təyin edib. 

 

İnterAz gürcü mətbuatına istinadən bildirir ki, bu həmin gün ölkə parlamentinin yeni nazirlər kabinetinə və hökumət proqramına etibar göstərməsi nəticəsində baş tutub. 

 

Bu sərəncam Georgi Marqvelaşvilinin prezidentliyinin üçüncü günündə verilib. Onun inauqurasiyası noyabrın 17-də olub. 

sss