ABŞ-da silahlı insident: 3 ölü, 2 yaralı

Ölənlərdən ikisi qadın, biri isə kişidir

Bakı, Tural Səftərov, İnteraz - 21 Noyabr 2013, 09:13

ABŞ-da növbəti silahlı insident baş verib. İnterAz-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, Texas ştatının Hyuston şəhərində baş verən insidentdə 3 nəfər ölüb, iki nəfər isə xasərət alıb. 

 

Ölənlərdən ikisi qadın, biri isə kişidir. Vəziyyətləri kritik olan bir qadın və bir kişi isə helikopterlə Hyuston şəhər xəstəxanasına çatırılıblar. İnsidentin təfərrüatları haqda məlumat verilmir. 

 

Qeyd edək ki, Hyustonda ötən həftənin cümə günü də silahlı insident baş vermişdi. Şənlikdə atışmada bir nəfər ölmüş, daha 3 nəfər isə xəsarət almışdı.

sss