Con Kerri: “Müsəlman Qardaşlar” Misir inqilabını qəsb etmişdilər"

ABŞ dövlət katibi Misirin “Müsəlman Qardaşlar” cəmiyyətini tənqid atəşinə tutub

Bakı, Samid Bağırov, Vüsal Nəbiyev, İnteraz - 21 Noyabr 2013, 09:08

ABŞ dövlət katibi Misirin “Müsəlman Qardaşlar” cəmiyyətini tənqid atəşinə tutub.

İnterAz-ın Londondə nəşr edilən əl-Həyat qəzetinə istinadla verdiyi xəbərə görə, ABŞ dövlət katibi Con Kerri islamçı “İxvanul-Muslimin” hərəkatını Misir inqilabını qəsb etməkdə ittiham edib. O, bildirib ki, hərbi strikturun addımları demokratoyanı bu ölkəyə qaytaracaq.

Con Kerrinin bu fikri Məhəmməd Mursinin devrilməsindən sonra ABŞ rəsmilərindən gələn və islamçı hərəkata qarşı yönələn ən sərt münasibətdir. Misirdə 3 iyul tarixində qanuni hakimiyyətdə olan “Müsəlman Qardaşlar”-a qarşı hərbi çevrilişə bu şəkildə münasibət bildirmək bir çoxlarının təəccübünə səbəb olub.

ABŞ dövlət katibi Con Kerri deyib : “Təhrir meydanındakı gənclər (hərbi hakimiyyətin tərəfdarları) müəyyən bir dinin və ideologiyanın təhriki ilə meydanala gəlməmişdilər. Onlar təhsil almaq, işləmək və gələcəyə sahib olmaq istəyirdilər. O gənclər, onları bütün bu imtiyazlardan məhrum edən, yararsız hakimiyyəti istəmirdilər. O gənclər sosial şəbəkələr vasitəsilə inqilabı ərsəyə gətirdilər. Lakin bu inqilab bir cəmiyyət tərəfindən qəsb edilib.”

sss