20-ci əsrin ən məşhur canilərindən birinə ölüm cəzası tətbiq ediləcək

Məhkəmə prosesi 17 il davam edib

Bakı, Tural Səftərov, İnteraz - 20 Noyabr 2013, 15:36

Jozef Franklin 1976-cı ildən irqçi cinayətlər törətməyə başlayıb. İnterAz-in rus mətbuatına istinadən verdiyi məlumata görə, o, 1980-ci ildə həbs olunub. Məhkəmə prosesi 17 il davam edib. O 26 insanın qətlində təqsirli bilinir.

 

63 yaşlı qatil 20-ci əsrin ən məşhur canilərindən biri hesab olunur.

 

Qatilin taleyi son sutka ərzində məlum olub, əvvlcə federal məhkəmə bu gün planlaşdırılan ölüm hökmünü ləğv etməyə çalışsa da, apelyasiya məhkəməsi bu qərarı rədd edib. İndi ölüm hökmünün ləğvinə ancaq Ali məhkəmə mane ola bilər.

 

Onun əsl adı Ceyms Kleyton olub, qətlləri törətməyə başlayandan adını da dəyişdirib. Jozef adını nasistlərin ideoloqlarından olan Jozef Göbbelsdən götürüb, soyadını isə Amerika dövlət xadimi Bencamin Franklinin şərəfinə dəyişdirib.

 

Franklin ifadəsində deyib ki, onun əsas məqsədi o vaxtki prezident Cimmi Karteri öldürmək olub. Onun təbirincə, Karter öz xalqını satıb. 

sss