Ayətullah Xamneyi: "Nüvə hüquqlarımızdan bir zərrə də olsa əl çəkən deyilik"

Ayətullah Xamneyi həmçinin İsrailin bu regionda zorla qurulduğunu və buna görə aradan gedəcəyini bəyan edib

Bakı, Samid Bağırov, Vüsal Nəbiyev, İnteraz - 20 Noyabr 2013, 14:42

“Nüvə müzakirələrinə müdaxilə etməyəcəyəm, Lakin qırmızı xəttlər qorunmalıdır”. İnterAz-ın İran mətbuatına istinadla vediyi xəbərə görə, bunu İran İnqilabının Ali Lideri Ayətullah Seyyid Əli Xamneyi ölkənin “Bəsic” qüvvələri qarşısındakı çıxışında bildirib.

Ayətullah Xamneyi baş tutacaq nüvə danışıqlarına işarə edərək, iranlıların nüvə hüquqlarının tam şəkildə tanınmasının tələb edib. O, ölkəsinin nüvə hüquqlarından bir zərrə belə əl çəkməyəcəyini deyib. İran İnqilabının Ali lideri ölkənin müzakirəçilərindən nüvə danışıqlarındakı qırmızı xəttlərə riayət edilməsini xsüsilə vurğulayıb.

Ayətullah Xamneyi həmçinin İsrailin bu regionda zorla qurulduğunu və buna görə aradan gedəcəyini bəyan edib.

sss