“Oksford” lüğəti ilin sözünü seçib

Bu selfie - özünün fotoşəkli sözüdür

Bakı, Vüsal Nəbiyev, İnteraz - 20 Noyabr 2013, 13:52

İngilisdilli “Oksford” lüğətinin müəllifləri “selfie” (özünün fotoşəkli) sözünü 2013-cü ilin sözü kimi seçiblər.

 

Lüğət redaksiyası bu qərarı əvvəlcə yalnız sosial şəbəkə istifadəçiləri tərəfindən istifadə olunan sözdən istifadənin kəskin artması ilə izah edib. Belə ki, “Oksford” lüğəti müəlliflərinin hesablamalarına əsasən, 2012-ci illə müqayisədə “selfie” sözündən istifadə 17 min faiz artıb.

 

Lenta.ru-nun məlumatına görə, lüğət müəllifləri “selfie” sözünə adətən smartfon və ya veb-kameranın köməyi ilə istifadəçinin özü tərəfindən çəkilən və sosial şəbəkələrdə yerləşdirilən fotoşəkil mənasını veriblər. İlk dəfə bu söz 2002-ci ilin sentyabrında Avstraliyanın internet forumlarının birində istifadə olunduqdan sonra yayılmağa başlayıb.

 

“Oksford” lüğətinin versiyasına əsasən, 2013-cü ilin sözünə layiq görülə biləcək digər sözlər sırasında “twerk” (məşhur rəqs), “bitcoin” (virtual valyutanın adı) və “unlike” (bəyənməmək) olub.

 

“Oksford” lüğəti dünyada ingilis dilinin ən nüfuzlu nəşrlərindən biri hesab olunur. Lüğət 1884-cü ildən çap edilir və mütəmadi olaraq yeni sözlərlə zənginləşdirilir,

sss