Bağdadda səhər saatlarında baş verən terror aktlarında 24 nəfər həlak olub

Bağdadın müxtəlif rayonlarında ümumilikdə 7 minalanmış maşın partladılıb

Bakı, Tural Səftərov, İnteraz - 20 Noyabr 2013, 13:24

Bağdadda bu gün baş verən terror aktlarında 65 nəfərə yaralanıb.

 

İnterAz-ın "əl-Məyadin"-ə istinadla verdiyi xəbərə görə, Bağdadda bu gün baş verən terror aktları əsasən şiələrin məskunlaşdığı rayonları hədəfə alıb. Təhlükəsizlik qüvvələri bildiriblər ki, bu gün səhər saat 7:30-da Bağdadın müxtəlif rayonlarında ümumilikdə 7 minalanmış maşın partladılıb. Təkcə Bağdadda ölənlərin sayı 24 nəfərdir. Yaralılar isə 65-dir.

 

Nəcəf şəhərində törədilən terror aktında bir nəfər həlak olub, üç nəfər yaralanıb.

 

Süleymaniyyə şəhərində prezident Cəlal Talibanının xüsusi cangüdən dəstəsinin tanınmış üzvlərindən biri evində öldürülüb.

 

İraq təhlükəsizlik qüvvələri bildiriblər ki, bu ilin əvvəlindən indiyə qədər ölkədə terror aktları nəticəsində ölənlər 5700 nəfər təşkil edib.

sss