ABŞ bizdən istəyir ki, Yaponiyaya atdığı atom bombalarını yaddan çıxaraq- Ayətullah Əli Xamneyi

Onun bu çıxışı Cenevrədə Rəsmi Tehran və Altılıq nümayəndələrinin nüvə danışıqları apardığı vaxta təsadüf edib

Bakı, Tural Səftərov, İnteraz - 20 Noyabr 2013, 12:47

“Bizim amerikalılarla deyil, dünyada hegemonluğu təmsil edən ABŞ dövləti ilə problemimiz var”.

 

İnterAz-ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, bunu İranın Ali dini lideri Ayətullah Əli Xamneyi ölkənin “Bəsic” təşkilatının 50 mindən artıq komandiri qarşısında çıxışında bildirib. O, islam dünyası və regiondakı problemlərin dünya qüvvələrinin xüsusilə də Amerikanın hegemonluğu nəticəsində baş verdiyini bəyan edib. Ayətullah Xamneyi bildirib ki, əsas hegemon dövlət Amerikadır və bu dövlət özünü digərlərindən üstün bilir və digər ölkələrlə münasibətlərində yalnız öz standartlarından bəhrələnir.

 

Ayətullah Əli Xamneyi İranda olan iqtisadi problemlərin aradan qaldırılacağını söyləyib və əlavə edib ki, düşmən ölkəyə bu problemlər vasitəsilə təzyiqlər edir.

 

Onun bu çıxışı Cenevrədə Rəsmi Tehran və Altılıq nümayəndələrinin nüvə danışıqları apardığı vaxta təsadüf edib.

sss