Bu gün Cenevrədə İran və “Altılıq” nüvə danışıqlarının 3-cü turu başlayır

İran müzakirəçilər qrupu Cenevrəyə yola düşüb

Bakı, Samid Bağırov, Vüsal Nəbiyev, İnteraz - 20 Noyabr 2013, 12:46

Bu gün Cenevrədə İran və “Altılıq” ölkələrinin nüvə danışıqlarına yenidən start veriləcək. İsna agentliyinin məlumatına əsasən, artıq İranın müzakirəçiləri Cenevrəyə yola düşüblər. Danışıqların bu gün yerli vaxt ilə gönortadan sonra başlayacağı bildirilir.

Bu artıq danışıqların üşüncü mərhələsidir. İlk öncədən danışıqların daha tez nəticə verəcəyi deyilirdi. Lakin son həftədə tərəflərin nümayəndələrinin bildirdikləri fikirlərdə ümidsizlik hiss edilir. Danışıqların ikinci turunun səmərəsiz qalmasında tərəflər bir-birini ittiham etməkdədirlər. 

Müşahidələr göstərir ki, İran rəsmiləri uranın zənginləşdirilməsinin dayandırılmasını əsla qəbul etmək istəmirlər və bu zəmində İranın hüquqlarının tanınmasını tələb edirlər. Altılıqda yer alan Fransa isə danışıqlarda daha böyük tələblər irəli sürməkdədir. Ekspertlərin fikrincə “Cenevrə 3” nüvə danışıqları hər iki tərəf üçün həlledici sayılır və yalnız bu danışıqlarda dönüş nöqtəsi yarana bilər.

sss