Möhtəşəm Şeyx Zeyd məscidi
Məscid Əbu-Dabi şəhərindədir
Bakı, Vüsal Nəbiyev, İnteraz - 20 Noyabr 2013, 12:18
Birləşmiş Ərəb Əmirlikləri göydələnləri və ticarəti ilə tanınır. Lakin burada, həmçinin, dünyanın möhtəşəm tikilisi "Şeyx Zeyd" məscidi yerləşir.
Məscid Əbu-Dabi şəhərindədir. O Birləşmiş Ərəb Əmirliklərinin banisi və ilk prezidenti şeyx Zeyd ibn Sultan ən Nəhayyanın adını daşıyır. Məscidin 82 günbəzinin ən böyüyünün hündürlüyü 85 metrdir. Bu məkan iki dünya rekordu vurub: məsciddə dünyanın ən böyük xalçası və çılçırağı var. Xalçanın sahəsi 5627 kvadrat metrdirsə, 15 metr uzunluğu olan çılçırağın diametri 10 metrdir.
2004-cü ildə vəfat etmiş şeyx Zeydin sərdabəsi də məscidin həyətindədir.