Misirin Şimali Sina əyalətində terror aktında 10 hərbçi həlak olub

Misirdə vəziyyət gərgin olaraq qalır

Bakı, Tural Səftərov, İnteraz - 20 Noyabr 2013, 12:13

Misirin Şimali Sina əyalətində terror aktında 10 hərbçi həlak olub.

 

İnterAz-ın “Reuters”ə istinadla verdiyi xəbərə görə, Misirin Şimali-Sina əyalətində əl-Əriş şəhərində ordu qüvvələrini daşıyan avtobusun yolunda bir minalanmış maşın partladılıb və nitəcədə 10 ordu qüvvəsi həlak olub və daha 35 nəfərə yaralanıb. Hadisə qurbanlarının sayının artacağı gözlənilir.

 

Hadisənin ardından Misir ordusu Şimali Sinada hazır vəziyyətə gəlib. Bu ilin 3 iyul tarixində Misirdə Məhəmməd Mursinin devrilməsindən, Qəzza ilə sərhədlərin bağlanılması və həmçinin sərhəd zolağında yerləşən ərzaq tunellərinin dağıdılmasından sonra radikal silahlılar tərəfindən ordu qüvvələrinə hücumlar başlayıb.

sss