Suriya kimyəvi silahlarının dənizdə zərərsizləşdirilməsi araşdırılır - KİV

Bu maddələrin dənizdə zərərsizləşdirilməsi ilk dəfə Yaponlar tərəfindən təcrübə edilib, lakin bu iş olduqca diqqət və məharət tələb edir

Bakı, Samid Bağırov, Vüsal Nəbiyev, İnteraz - 20 Noyabr 2013, 12:12

Kimyəvi Slahları Qadağan edən Təşkilat Suriya kimyəvi silahlarının zərərsizləşdirilməsi üçün yer axtarır. 

İnterAz-ın “Reuters”ə istinadla verdiyi xəbərə görə, bu barədə təşkilatda Suriya kimyəvi silahları ilə bağlı danışıqlardan xəbərdar mənbələrdən biri xəbər verib. Bildirilib ki, təşkilatın mütəxəssiləri Suriyadan çıxarılacaq kimyəvi silahların dənizdə gəmilərin birində və yaxud suda, platformalarının birində zərərsizləşdirilməsini araşdırırlar. 

Kimyəvi silah ekspertləri bildirirlər ki, bu maddələrin dənizdə zərərsizləşdirilməsi ilk dəfə Yaponlar tərəfindən təcrübə edilib, lakin bu iş olduqca diqqət və məharət tələb edir.

Qeyd edək ki, bundan öncə ABŞ Albaniya hökümətinə kimyəvi silahların bu ölkə ərazisindən tikiləcək zavodların birində zərərsizləşdirilməsini təklif etmişdi ki, Rəsmi Tirana buna etiraz edib və bu təklif qəbul edilməyib.

sss