Gürcüstana quru yolla daxil olma qaydaları açıqlanıb

Gürcüstan quru sərhədləri ilə ölkə ərazisinə daxil olacaq tam vaksinasiya olunmuş şəxslərdən COVID-19 PZR analizinin neqativ nəticəsini göstərən sənəd tələb edəcək...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 29 May 2021, 13:34

Gürcüstan quru sərhədləri ilə ölkə ərazisinə daxil olacaq tam vaksinasiya olunmuş şəxslərdən COVID-19 PZR analizinin neqativ nəticəsini göstərən sənəd tələb edəcək.

 

İnterAz xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

 

O deyib ki, qaydaların asanlaşdırılması yoluxma hallarının artması riski yaradır. Bu səbəbdən neqativ cavablı PZR analizi nəticəsini təqdim etməyən şəxslər Gürcüstanın quru sərhədlərindən ölkə ərazisinə buraxılmayacaqlar.

 

Qeyd edək ki, Gürcüstan iyunun 1-də quru sərhədlərini açmağı planlaşdırır.

sss