Fələstinin müqavimət hərəkatları Ayətullah Xameneiyə təşəkkür məktubu ünvanlayıblar

...ali dini liderin bu ilin Beynəlxalq Qüds Günündəki bəyanatı Fələstinin azadlığı üçün yol xəritəsi olaraq dəyərləndirilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 May 2021, 10:30

Fələstinin müqavimət hərəkatlarından bir neçəsi ayrı-ayrılıqda İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneiyə məktub ünvanlayaraq bu il Beynəlxalq Qüds Günü göstərdiyi mövqeyə görə təşəkkür ediblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Fələstin müqavimət hərəkatlarının ünvanladığı bu məktublarda İran İslam Respublikasının və Ayətullah Xameneinin Fələstin xalqının müqavimətini dəstəkləməsi, İsrail rejimini rəsmi olaraq tanımaması, Qüdsü-şərifin azad olacağı vaxta kimi müqavimət yolunun davam edəcəyini vurğulamasına görə bir daha təşəkkür edilib və ali dini liderin bu ilin Beynəlxalq Qüds Günündəki bəyanatı Fələstinin azadlığı üçün yol xəritəsi olaraq dəyərləndirilib.

 

Fələstinin Qurtuluş Xalq Cəbhəsi , FƏTH Hərəkatı, Fələstinin Qurtuluş Xalq Cəbhəsinin Dəməşq Bölməsi, Fələstin Xalq Mübarizə Cəbhəsi, Fələstin Qüvvələri Koalisiyasının Fələstin Bölməsi, Fələstin Qüvvələri Koalisiyasının Dəməşq Bölməsi bu məktublarda İran İslam Respublikasının İslam ölkələrinin arasında vəhdət və müqavimət mehvəri olaraq rolunu vurğulayıblar, Fələstin ideyalarını gündəmdə saxladığı üçün şəhid Qasim Süleymaninin adını və xatirəsini uca tutublar.

 

Qeyd edək ki, Ayətullah Xamenei 7 may Beynəlxalq Qüds Günü televiziya vasitəsilə fars və ərəb dillərində etdiyi canlı çıxışında müqavimət qüvvələrinin gücünün kəmiyyət və keyfiyyət baxımından inkişafına toxunub, işğal edilmiş ərazilərdə güc balansının İslam dünyasının xeyrinə dəyişdiyini bildirib. Ayətullah Xamenei İsrail rejiminin tənəzzülə doğru getdiyini vurğulayıb, daxildə və xaricdə yaşayan bütün fələstinlilər arasında Fələstinin siyasi quruluşunu təyin edəcək referendum keçirilənədək bu rejimə qarşı mübarizənin aparılmasının lüzumunu qeyd edib.

 

“Fələstin mücahidləri qəsbkar rejimə qarşı legitim və əxlaqi mübarizələrini o qədər davam etdirməlidirlər ki, nəhayət, bu tələbin qəbul edilməsi məcburiyyəti yaransın", deyə Ayətullah Xamenei Qüds günü çıxışında Fələstinlilərin mübarizəsinin davamiyyətinin əhəmiyyətini vurğulamışdı.

 

sss