BMT Baş Assambleyasının prezidenti “erməni soyqırımı” iddialarına cavab verib

..."Soyqırım" faktının mövcudluğu səlahiyyətli beynəlxalq məhkəmə orqanı tərəfindən müəyyənləşdirilməlidir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 May 2021, 09:41

"Soyqırım" faktının mövcudluğu səlahiyyətli beynəlxalq məhkəmə orqanı tərəfindən müəyyənləşdirilməlidir.

 

İnterAz-ın "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Ermənistanın BMT-dəki Daimi Nümayəndəsinin "erməni soyqırımı" bağlı iclasın gündəliyinə qaldırdığı uydurmasına cavab olaraq bildirib. İslas Beynəlxalq Çoxtərəflilik və Sülh naminə Diplomatiya Gününə həsr olunub.

 

Diplomat soyqırımın 1948-ci ildə BMT-nin Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasında xüsusi olaraq müəyyən edilmiş bir cinayət olduğunu xatırladıb.

 

O vurğulayıb ki, Konvensiyada soyqırımın nə olduğunu və bunun necə təyin olunduğunu açıq şəkildə qeyd olunub:

 

"Buna görə, soyqırım cinayəti səlahiyyətli məhkəmə orqanı tərəfindən müəyyən edilməlidir. Başqa sözlə, hadisəni soyqırım kimi qiymətləndirmək üçün səlahiyyətli beynəlxalq tribunal müvafiq qərar verməlidir.

sss