Pakistanın xarici işlər naziri İmam Rzanın (ə) məqbərəsini ziyarət edib

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi İrana səfəri çərçivəsində Məşhəd şəhərinə də baş çəkib və İmam Rzanın məzarını ziyarət edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Aprel 2021, 17:34

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi İrana səfəri çərçivəsində Məşhəd şəhərinə də baş çəkib və İmam Rzanın məzarını ziyarət edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Şah Mahmud Qureyşi Məşhəddə İmam Rzanın məzarını ziyarət edib.

 

O daha sonra Məşhəddə İmam Rza Ziyarətgahı İdarəsinin sədri höccətül-islam Əhməd Mərvi ilə görüşüb.

 

Pakistanın xarici işlər naziri bundan öncə Tehranda İran prezidenti Həsən Ruhani ilə, XİN rəhbəri Məhəmməd Cavad Zərif və sair rəsmilərlə görüşərək, qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə edib.

 

sss