Ərdoğan Türkiyə-İsrail əlaqələrinin normallaşmasının şərtini açıqlayıb

...Tel-Əviv bu mövqedən imtina etməyə qədər Türkiyə ilə İsrail arasındakı ikitərəfli münasibətlər istənilən səviyyəyə çatmayacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 16:56

İstanbulda cümə namazından sonra jurnalistlərə açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ordusunun Qəzza zolağına son hava hücumlarını şərh edib.

 

İnterAz bu barədə "Anadolu"ya istinadən xəbər verir.

 

Onun sözlərinə görə, bu hava hücumu İsrailin müsəlmanlara münasibətinin açıq göstəricisidir.

 

"Tel-Əviv bu mövqedən imtina etməyə qədər Türkiyə ilə İsrail arasındakı ikitərəfli münasibətlər istənilən səviyyəyə çatmayacaq", o deyib.

 

Xatırladaq ki, İsrail Ordusu ötən gecə Qəzza şəhərinin şərq bölgəsini, əl-Bric qaçqın düşərgəsi ərazisini, Qəzzada köhnə hava limanı yaxınlığında əkin sahələrini və Misir sərhədi zolağında Rəfəh rayonu ərazisini havadan və artilleriyadan hədəfə alıb.

 

sss