Tunis sahillərində miqrantları daşıyan qayıq batıb, 21 nəfər ölüb

...Tunis sahillərində miqrantları daşıyan qayıq batıb, ölənlər var

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 16 Aprel 2021, 16:44

Tunis sahillərində miqrantları daşıyan qayıq batıb, ölənlər var.

 

İnterAz-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Afrikadan olan miqrantları daşıyan qayıq Aralıq dənizində İtaliyanın Lampedusa adasına gedərkən batıb.

 

Tunis Mülki Müdafiə Xidmətinin rəhbəri Murad Meçri bildirib ki, sahil mühafizəçiləri indiyə qədər 21 nəfərin meyitini sudan çıxarıb.

 

Axtarışlar davam edir.

sss