İran 60 faizədək zənginləşdirilmiş uranın miqdarını açıqlayıb

...İran əldə etdiyi yeni nüvə məhsulunun miqdarını açıqlayıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 16 Aprel 2021, 16:28

 İran əldə etdiyi yeni nüvə məhsulunun miqdarını açıqlayıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu ölkənin Atom Enerjisi Agentliyinin sədri Əli-Əkbər Salehi ölkədə uranın 60 faizədək zənginləşdirilməsini təsdiqləyib.

 

O bildirib ki, hazırda bu faizdə zənginləşdirilmə işləri davam edir və indiyə qədər 9 qaram 60 faizlik uran məhsulu əldə edilib.

 

Onun sözlərinə görə, hazırda İranda bir saata 5 qram 60 faizlik uran ərsəyə gətirilir.

 

Qeyd edək ki, İran hökuməti, Nətənz nüvə obyektində törədilən təxribata cavab olaraq, ölkədə uranın zənginləşdirilməsi işinin 60 faizə qaldırılması ilə bağlı qərar verib. Bildirək ki, nüvə sazişinə əsasən İran uranı 5 faizədən zənginləşdirə bilər. ABŞ bu sazişdən birtərəfli qaydada çıxdıqdan və rəsmi Tehrana qarşı sərt sanksiyalara başladıqdan sonra İran da tədrici şəkildə sazişdə olan öhdəliklərini azaldıb. 

 

sss