Çin, Almaniya və Fransa liderləri videokonfrans formatında görüşüb

...bu barədə Çinin Avropa İttifaqındakı (Aİ) Nümayəndəliyinin “Twitter” hesabında məlumat verilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 15:58

Çin Xalq Respublikasının sədri Si Cinpin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel videokonfrans formatında görüşüblər.

 

İnterAz-ın xəbərinə görə, bu barədə Çinin Avropa İttifaqındakı (Aİ) Nümayəndəliyinin “Twitter” hesabında məlumat verilib.

 

Görüşdə tərəflər iqlim dəyişikliyi, Çin-Avropa əlaqələri, COVID-19-a qarşı birgə mübarizə və digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

sss