Ərdoğan: Xarici işlər nazirimiz Dendiasa həddini bildirdi

...Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Dendiasa həddini bildirdi

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 16 Aprel 2021, 15:47

Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Dendiasa həddini bildirdi. 

 

İnterAz-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin həllinə başqa ölkələrin müdaxiləsi arzuolunan deyil.

 

“Yunanıstanda 150 min soydaşımıza lazımi diqqət göstərilmir”, - deyə o vurğulayıb.

 

Ərdoğan Yunanıstanı Lozanna müqaviləsinin şərtlərini pozmaqda ittiham edib.

sss