Gürcüstanda radioaktiv maddələrin alverçiləri saxlanılıb

...Gürcüstanda radioaktiv maddənin satışı faktı ilə əlaqədar iki nəfər saxlanılıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 16 Aprel 2021, 14:49

Gürcüstanda radioaktiv maddənin satışı faktı ilə əlaqədar iki nəfər saxlanılıb.

 

İnterAz Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat verib.

 

Bu şəxslər Kutaisi şəhərində 300 min avroya təhlükəli maddə satmağa çalışarkən tutulub.

 

Rentgenoloji müayinənin nəticəsinə görə, müsadirə edilmiş qabda "Am 241" radioaktiv maddəsi var idi. Bu zəhərli maddə ilə uzun müddət təmasda olmaq insanlar üçün təhlükəlidir.

 

SGB Əks Kəşfiyyat İdarəsi faktla bağlı istintaq aparır.

 

sss