İran 60 faizədək zənginləşdirilmiş uran məhsulunu əldə etdiyini bildirib

...bunu İran Parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf rəsmi tvitter səhifəsində yazıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 13:37

İran nüvə obyektlərində uranın 60 faizədək zənginləşdirilməsi işinin başlaması ilə bağlı qərarı verdikdən dörd gün sonra bu məhsulu əldə etdiyini bildirib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf rəsmi tvitter səhifəsində yazıb.

 

O yazıb:

 

“Fəxrlə elan edirəm ki, ötən gecə bizim gənc və imanlı iranlı alimlərimiz 60 faiz zənginləşdirilmiş uran məhsulunu əldə ediblər. Bu müvəffəqiyyət münasibətilə İran İslam Respublikasının şücaətli xalqını təbrik ediəm. İran xalqının iradəsi möcüzə yaradır və hər bir məkrli planı zərərsizləşdirir.”

 

Qeyd edək ki, İran hökuməti, Nətənz nüvə obyektində törədilən təxribata cavab olaraq, ölkədə uranın zənginləşdirilməsi işinin 60 faizə qaldırılması ilə bağlı qərar verib. Bildirək ki, nüvə sazişinə əsasən İran uranı 5 faizədən zənginləşdirə bilər. ABŞ bu sazişdən birtərəfli qaydada çıxdıqdan və rəsmi Tehrana qarşı sərt sanksiyalara başladıqdan sonra İran da tədrici şəkildə sazişdə olan öhdəliklərini azaldıb. 

 

sss