Dünyada COVID-19 səbəbiylə ölənlərin sayı 3 milyona çatıb

Dünyada koronavirusa yoluxma (COVID-19) səbəbindən ölənlərin sayı 3 milyona çatıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 13:02

Dünyada koronavirusa yoluxma (COVID-19) səbəbindən ölənlərin sayı 3 milyona çatıb.

 

"Worldometer" resursuna görə, COVID-19 səbəbindən ən çox ölüm halı ABŞ-da qeydə alınıb, bu ölkədə 578.993 nəfər virusdan dünyasını dəyişib.

 

Onun ardınca 365 954 nəfərlə Braziliya, 211 213-lə Meksika, 174 335-lə Hindistan, 127 191-lə Böyük Britaniya, 115 937-lə İtaliya, 104 398-lə Rusiya və digər ölkələr gəlir.

 

İnterAz-ın verdiyi xəbərə görə, Türkiyədə 15 aprel tarixinə qədər 35.031 nəfər təhlükəli virusdan ölüb.

 

 

sss