İsrail qüvvələri əl-Əqsa məscidində səkkiz fələstinlini həbs edib

Ramazan ayı daxil olandan İsrail qüvvələrinin əl-Əqsa məscidi ətrafında həyata keçirdikləri məhdudiyyətlərdən dolayı, qarşıdurmalar baş qaldırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 12:35

Ramazan ayı daxil olandan İsrail qüvvələrinin əl-Əqsa məscidi ətrafında həyata keçirdikləri məhdudiyyətlərdən dolayı, qarşıdurmalar baş qaldırıb. Əl-Əqsa məscidi ərazisində səkkiz fələstinli həbs edilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrail polisi ötən gecə əl-Əqsa məscidi və ətrafında səkkiz fələstinlini həbs edib.

 

Ötən günlər Qüds şəhərinin qədimi kvartalları və əl-Əqsa məscidinin ətrafı tətbiq edilən məhdudiyyətlərə görə qarşıdurmaların şahidi olub.

 

Qeyd edək ki, Qüds şəhəri və İordan çayının qərb sahili 1967-ci ildə tam olaraq İsrail tərəfindən işğal edilib.

sss