Hindistan COVID-19 virusuna yoluxma antirekordunu yeniləyib

...Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 217 min 353 yoluxma aşkarlanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 11:51

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 217 min 353 yoluxma aşkarlanıb. Bu, pandemiya dövründə Hindistanda qeydə alınan gündəlik ən çox yoluxma sayıdır. Ötən gün dünyada ən çox yoluxma da məhz Hindistanın payına düşüb.

 

İnterAz Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən gün Hindistanda COVID-19 infeksiyası səbəbindən 1185 ölüm qeydə alınıb. Beləliklə, ümumu yoluxma sayı 14 milyon 291-i, ölüm sayı isə 174 mini ötüb. Hazırda 1,5 milyon aktiv xəstə var.

 

Hindistan hökuməti pandemiyanın 2-ci və daha ağır dalğasının yaşandığı son günlərdə yoluxma sayını nəzarət altına almaq üçün karantin tədbirlərini sərtləşdirib. Paytaxt Dehlidə həftəsonu komendant saatı tətbiq olunacaq, bir neçə ştatda məktəblərdə imtahanlar təxirə salınıb.

 

Hindistanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhalinin vaksinasiyası da davam edir. İndiyədək 117 min nəfərə peyvənd vurulub. Vaksinasiya proqramına “Covishield”, “Covaxin” və “Sputnik V” peyvəndləri daxildir.

 

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Hindistanda virusa yoluxanların ümumi sayı ötən il iyulun 16-da 1 milyonu, dekabrın 18-də isə 10 milyonu ötüb.

sss