Zelenski Rusiyanın məhdudiyyətlərindən sonra Türkiyəyə turist axınını artırmağa çağırıb

...aprelin 10-da İstanbulda Ərdoğan və Zelenski arasında danışıqlar aparılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 11:16

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə uçuşların dayandırılması fonunda ukraynalı turistlərin Türkiyəyə səfərlərinin artırılmasının lazım olduğunu açıqlayıb.

 

Ukrayna liderinin sözlərinə görə, 10 aprel tarixində Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla qarşılıqlı turizm üçün əlverişli şərait yaradılması məsələsini müzakirə edib.

 

Rusiyadan Türkiyəyə uçuşların məhdudlaşdırılması fonunda Zelenski, məhz indi Türkiyə ilə Ukrayna arasında dəstək və əməkdaşlığın xüsusilə vacib olduğunu vurğulayıb.

 

"Türkiyəyə turizm axınının səviyyəsinin artırılmasından danışırıq", o qeyd edib.

 

İnterAz RT-yə istinadən xəbər verir ki, aprelin 10-da İstanbulda Ərdoğan və Zelenski arasında danışıqlar aparılıb.

 

sss