Mosulda dağıntılar altından milyonlarla dollar dəyərində pul və qızıl tapılıb

İŞİD-dən azad edilmiş Mosulda dağıntılar altından milyonlarla dollar dəyərində pul və qızıl-zinət əşyaları aşkarlanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Aprel 2021, 10:56

İŞİD-dən azad edilmiş Mosulda dağıntılar altından milyonlarla dollar dəyərində pul və qızıl-zinət əşyaları aşkarlanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə mərkəzi Mosulda yerləşən Nineva əyalətinin Polis İdarəsi bəyanat verib.

 

Bildirilib ki, Mosulda dağıntılar altından dəyəri milyonlarla dollarla ölçülən qızıl-zinət əşyaları, bahalı metallar və pullar aşkarlanıb.

 

Əlavə edilib ki, bu “xəzinə”, şəhərin vaxtilə terror təşkilatının nəzarətində olanda İŞİD-in “Maliyyə Divanı” tərəfindən zəbt edilmiş və gizlədilmiş pullar və qızıl-zinət əşyalarıdır.

 

Əlavə edilib ki, burada nağd 1,500,900 dollar pul, 17,500,000 İraq dinarı, eləcə də, iŞİD-in sikkə kimi dövriyyəyə buraxmaq istədiyi 15 kq gümüş və 480 qram qədərində qızıl sikkə aşkarlanıb.

 

Qeyd edək ki, İŞİD terror təşkilatı Mosulu 2014-cü ilin yayında zəbt edib və şəhər 2017-ci ildə azad edilib.

sss