Co Bayden dünyanı növbəti pandemiyaya hazır olmağa çağırıb

ABŞ Prezidenti Co Bayden bəşəriyyətin qarşılaşacağı növbəti pandemiyaya artıq indidən hazır olmağa çağırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Aprel 2021, 12:35

ABŞ Prezidenti Co Bayden bəşəriyyətin qarşılaşacağı növbəti pandemiyaya artıq indidən hazır olmağa çağırıb.

 

İnterAz TASS-a istinadla xəbər verir ki, Cozef Bayden bu fikri Ağ evdəki çıxışı zamanı səsləndirib.

 

ABŞ Prezidentinin sözlərinə görə, bənzər pandemiyalar onun administrasiyasının üzərində mütləq işləməli olduğu aktual məsələlərdən biridir.

 

Qeyd edək ki, Cozef Bayden ötən ilin dekabr ayında canlı yayımda “Pfizer” və “BioNTech” kompaniyaları tərəfindən hazırlanan koronavirus əleyhinə ilk vaksin dozasını vurdurmuşdu. O, öz nümunəsi ilə amerikalıları vaksinin təhlükəsizliyinə inandırmağa çalışırdı.

sss