Rusiya Türkiyəyə aviareyslərin dayandırılmasına qərar verib

...bu barədə Rusiya Federasiyası hökuməti başçının müavini Tatyana Qolikova bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Aprel 2021, 09:01

Rusiya Türkiyə ilə müntəzəm və çarter reyslərini məhdudlaşdırır.

 

İnterAz “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökuməti başçının müavini Tatyana Qolikova bildirib.

 

COVID-19-un yayılması ilə mübarizə çərçivəsində qəbul edilmiş məhdudlaşdırma tədbiri aprelin 15-dən iyunun 1-dək qüvvədə olacaq.

 

"Bu il aprelin 15-dən iyunun 1-dək Rusiyanın beynəlxalq hava limanlarından Türkiyə Respublikasının hava limanlarına və əks istiqamətə müntəzəm və çarter uçuşlarının məhdudlaşdırılması barədə qərar qəbul verdik", - Qolikova deyib.

 

Onun sözlərinə görə, Akkuyu AES-in “Titan-2” konserninin tikintisində iştirak edən Rusiya vətəndaşlarının Vətənə qayıtması üçün uçuşlar istisna təşkil edir.

 

Bundan başqa, həftədə iki dəfə qarşılıqlı əsasda Moskva-İstanbul və İstanbul-Moskva reysləri həyata keçiriləcək.

 

Qolikova həmçinin Tanzaniya ilə uçuşların dayandırıldığını bildirib.

 

Baş nazirin müavini qeyd edib ki, epidemiologiya vəziyyəti sabitləşən kimi hər iki ölkəyə uçuşlar bərpa olunacaq.

sss