Suriyanın şimalında türk hərbçilər terrorçuların hücumuna məruz qalıb

... terrorçular tank əleyhinə silahlardan istifadə edərək hərbi bazalardan birini atəşə tutub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Aprel 2021, 11:16

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Zeytun Budağı" antiterror əməliyyatı bölgəsində PKK/YPG terrorçuları türk hərbçilərinə hücum edib. Hadisə nəticəsində iki hərbçi şəhid olub.

 

İnterAz xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 

 

Nazirliyin məlumatına görə, terrorçular tank əleyhinə silahlardan istifadə edərək hərbi bazalardan birini atəşə tutub.

 

Türkiyə Silahlı Qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində açılan cavab atəşi nəticəsində azı 3 terrorçu məhv edilib.

 

 

sss