Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici qeydə alınıb

...Hindistanda son sutkada 126 789 nəfərdə koronavirus aşkarlanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Aprel 2021, 10:45

Hindistanda son sutkada 126 789 nəfərdə koronavirus aşkarlanıb.

 

İnterAz xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

 

Bildirilib ki, bu, Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici sayılır.

 

Aprelin 7-də 115 736 nəfərə koronavirus diaqnozu qoyulmuşdu.

 

Ölkədə koronavirusa yoluxanların sayı 12 928 574 nəfərə çatıb.

 

Son sutkada virusdan 685 nəfər ölüb. COVID-19-un qurbanlarının ümumi sayı 166 82-yə yüksəlib. 11,8 miyondan çox pasiyent koronavirusdan sağalıb.

 

sss