Rusiyadan Ermənistana qanunsuz şəkildə hərbi texnika tədarükü cəhdinin qarşısı alınıb

...bu barədə Ural Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Aprel 2021, 16:28

 Rusiyanın Ural bölgəsi üzrə gömrük xidmətinin əməkdaşları tank stabilizatorunun ehtiyat hissələrini Ermənistana göndərilməsi cəhdinin qarşısını alıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə  Ural Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

 

"Hərbi məhsullar - 8L026P tezlikli 37 stabilizator və stabilizatorun idarə olunması üçün 30 polarizə edilmiş RP-5 relesi Ural sakini (Çelyabinsk bölgəsi) tərəfindən kuryer xidməti vasitəsilə göndərilib", məlumatda deyilir.

 

Mətbuat xidmətinin məlumatına görə, göndərən şəxs ehtiyyat hissələrinin nömrələrini gizlətmək və onlara yeni görünüş vermək üçün stabilizatorları rəngləyib.

 

Məlumata görə, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsi ("Hərbi texnika materialları və avadanlığın qaçaqmalçılığı") üzrə cinayət işi açılıb.

sss