Fransalı milyarder deputat helikopter qəzasında ölüb

...Fransalı tanınmış siyasətçi və deputat, 69 yaşlı Olive Dasso faciəli şəkildə vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Mart 2021, 10:45

Fransalı tanınmış siyasətçi və deputat, 69 yaşlı Olive Dasso faciəli şəkildə vəfat edib.

 

İnterAz xarici KİV-ə istinadən xəbər verir ki, o, Fransanın Kalvados bölgəsində baş verən helikopter qəzasında həyatını itirib.

 

Qəzada helikopterin pilotunun da öldüyü bildirilib, ancaq qəzanın səbəbləri hələlik məlum deyil.

 

“Olive Dasso Fransanı sevirdi. O, bir sənaye lideri, hava qüvvələrində ehtiyatda olan komandir idi. Onun ölümü böyük itkidir”, - Prezident Emmanuel Makron O.Dassonun ölümü ilə bağlı paylaşdığı tvitter postunda qeyd edib.

 

Qeyd edək ki, o, tanınmış sənaye lideri Serge Dassonun oğlu və “Dasso Sənaye”nin varislərindən biri idi.

sss