“Wuling” dünyanın ən populyar elektromobili olub

Çinin “Wuling” elektromobilləri 200 gündə 200 min satışa imza ataraq bu sahədə rekord müəyyən edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Mart 2021, 17:44

Çinin “Wuling” elektromobilləri 200 gündə 200 min satışa imza ataraq bu sahədə rekord müəyyən edib.

 

İnterAz AZƏRTAC-a istinadla xəbər verir ki, istehsalçı kompaniyanın məlumatına görə, gün ərzində Çinin materik hissəsində azı min ədəd elektromobil satılır. 2021-ci ilin yanvarında “Wuling HongGuang Mini EV” dünyada ən populyar elektromobil modeli olub. Müqayisə üçün deyək ki, yanvar ayında 36 min 762 ədəd “Wuling” və 21 min 589 ədəd “Tesla” elektrokarı satılıb.

 

Şəhər yolları üçün nəzərdə tutulan yığcam “Wuling” heçbeki 17,4 at gücünə malik bir ədəd elektrik mühərriki ilə təchiz olunub. O, bir dəfəyə enerji toplamaqla versiyadan asılı olaraq 120 və ya 170 kilometr yol qət edə bilir. Elektromobil hələlik yalnız Çində satılır. Hazırda onun qiyməti 28,8 min yuan (təxminən 4325 dollar) təşkil edir.

sss