Kreml ABŞ və İngiltərənin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarına cavab verib

...Bu cür xəbərləri diqqətlə izləyirik

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Mart 2021, 17:12

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, "Bloomberg"in ABŞ və İngiltərənin Rusiya Federasiyasına qarşı əlavə sanksiya tətbiq etmə planları barədə xəbərini şərh edib.

 

“Bu cür xəbərləri diqqətlə izləyirik. Hələ ki, onlar medianın xəbərlərindən başqa bir şey deyil. Vaşinqton mexanizminə əsaslanaraq sanksiyaların ikinci hissəsinin olduğunu başa düşürük.  Rusiya hər şeyi məhv etdi, proqramlar Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyasına uyğun olaraq bağlandı", Peskov bildirib.

 

İnterAz-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, o, hipotetik olaraq cavab sanksiyaları barədə danışmağın yersiz olduğunu da qeyd edib.

 

sss