İranın ali dini rəhbəri ölkə əhalisini Novruz bayramı ərəfəsində səfərə çıxmamağa çağırıb

Koronavirusla mübarizə mərkəzinin qaydalarına əməl etmək lazımdır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Mart 2021, 14:43

“Koronavirusla mübarizə mərkəzinin qaydalarına əməl etmək lazımdır. Əgər səfər etmək qadağan edilibsə hamı buna əməl etməlidir. Mən ötən ilki kimi bu ildə də səfərə getməyəcəyəm. Sizə də bunu tövsiyə edirəm.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Təbiət günü ilə əlaqədar ağac əkən zamanı deyib.

 

İranda ekologiyanın çirklənməsi, təbiətin korlanmasının və Covid-19 kimi pandemiyaların bir-birilə əlaqəli olduğunu bildirən Ayətullah Xamenei ölkə xalqını koronavirula bağlı məhdudiyyətlərə və qaydalara əməl etməyə çağırıb.

 

Ayətullah Xamenei qarşıda Novruz bayramının gəldiyini nəzərə alaraq, iranlıları səfərə çıxmamağa çağırıb.

 

O bildirib ki, ötən ilki kimi bu ildə də ölkə xalqı səfərə çıxmamalı və koronavirus pandemiyasının yayılmasına imkan verməməlidirlər.

 

sss