Tramp okean sahilindəki malikanənisini 49 milyon dollara satır

...bu barədə “New York Post” məlumat yayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Mart 2021, 12:35

ABŞ-ın keçmiş prezidenti Donald Trampın adına qeydiyyatdan keçmiş şirkət Florida ştatında okean sahilində 49 milyon dollar dəyərində olan malikanəni satışa çıxarıb.

 

İnterAz Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

 

Ev Palm Biç kurort şəhərində yerləşir. Mülk Trampın indi yaşadığı Mar-a-Laqo iqamətgahının yaxınlığında yerləşir. Malikanənin gələcək sahibinin keçmiş prezidentin qolf klubuna tam üzvlük alacağı da qeyd olunur.

 

İkimərtəbəli malikanə təxminən 3 185 kvadratmetr sahəyə malikdir, orada səkkiz yataq otağı, doqquz hamam otağı, kitabxana, qonaq otağı, şüşəli teras var. Bina 1956-cı ildə tikilsə də, sonradan orada müasir üslubda təmir işləri aparılıb.

 

Evin əsas xüsusiyyəti okeana və boş çimərliyə açılan panoramik terrasın olmasıdır.

sss