Türkiyə Parlamentinin sədri Ukraynaya səfərini təxirə salıb

...Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Bitlis vilayətinin Tatvan bölgəsində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Ukraynaya səfərini təxirə salıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 05 Mart 2021, 12:24

Türkiyə Böyük Millət Məclisinin  sədri Mustafa Şentop, Bitlis vilayətinin Tatvan bölgəsində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Ukraynaya səfərini təxirə salıb.

 

İnterAz-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Mustafa Şentopun rəhbərlik etdiyi Türkiyə parlament nümayəndə heyətinin martın 5-də Ukraynaya rəsmi səfəri planlaşdırılırdı.

 

Məlumata görə, parlament sədri hərbi helikopterin qəzasında həlak olanların dəfn mərasimində iştirak etmək üçün Ukraynaya səfərini təxirə salıb.

 

sss