Texas və Missisipi ştatlarında maska rejimi ləğv edilir, bütün iqtisadi fəaliyyət bərpa olunur

ABŞ-ın iki ştatının administrasiyası maska rejiminin ləğv olunduğunu və bütün iqtisadi fəaliyyətin bərpa olunacağını elan edib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 05 Mart 2021, 12:05

ABŞ-ın iki ştatının administrasiyası maska rejiminin ləğv olunduğunu və bütün iqtisadi fəaliyyətin bərpa olunacağını elan edib.

 

İnterAz xəbər verir ki, Texas ştatının qubernatoru Qreq Ebbottun sözlərinə görə, səhiyyə sisteminin nümayəndələri COVID-19-la bağlı təhlükəsizlik tədbirlərini zəiflətmək lazım olmaması barədə xəbərdarlıq etdiklərinə baxmayaraq qubernatoru maska taxılması tələbini ləğv edir.

 

Ebbott bildirib ki, martın 13-dən etibarən bütün müəssisələr yenidən fəaliyyətə başlaya biləcəklər. Qubernator deyib: “Texas sakinlərinin çoxu işə düzəlmək imkanından məhrum olub. Kiçik biznes sahiblərinin çoxu öz hesablarını ödəməyə çətinlik çəkir. Buna son qoymaq lazımdır. Texas iqtisadiyyatını 100 faiz bərpa etməyin vaxtı çatıb”.

 

Missisipi ştatının qubernatoru Teyt Rivz də maskalarla bağlı bütün tələblərin qüvvədə olma müddətinin başa çatmasını və müəssisələrin öz fəaliyyətini tamamilə bərpa edə bilməsini elan edib. Yeni sərəncamlar artıq qüvvəyə minib. Rivz deyib: “Xəstəxanalara yerləşdirilənlərin və xəstələnənlərin sayı kəskin şəkildə azalıb, vaksin sürətlə yayılır. Artıq vaxtdır!”

 

Ebbottun bəyanatı bununla bağlı olub ki, bütün ölkədə COVID-19-a yeni yoluxma və xəstələnənlərin stasionarda müalicə üçün yerləşdirilməsi halları azalmaqda davam edir. Lakin səhiyyə sahədə ekspertlərin sözlərinə görə, indiki vaxtda məhdudiyyətlərin zəiflədilməsi, xüsusən virusun yeni ştamlarının yayılması yenidən geniş vüsət ala bilər. Ebbottun sözlərinə görə, son bir ildə Texas sakinləri koronavirusa yoluxmadan xilas olmağa kömək edən gündəlik davranış vərdişlərini mənimsəyiblər. Cons Hopkins Universitetinin məlumatına görə, martın 1-nə qədər Texas sakinlərinin 6,57 faizi peyvəndlənib.

sss