NATO baş katibi Türkiyəyə başsağlığı verib

NATO Baş katibi Yens Stoltenberq, Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğluna zəng edərək Bitlis vilayətində hərbi helikopterin qəzası ilə əlaqədar başsağlığı verib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 05 Mart 2021, 11:26

NATO Baş katibi Yens Stoltenberq, Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğluna zəng edərək Bitlis vilayətində hərbi helikopterin qəzası ilə əlaqədar başsağlığı verib.

 

İnterAz Türkiyə mətbuatına istinadən məlumat verir ki, 11 hərbçinin ölümü ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinə başsağlığı verən baş katib, NATO-nun Türkiyə ilə həmrəy olduğunu qeyd edib.

 

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçarkən qəzaya uğrayıb. 

 

Qəza nəticəsində  11 hərbçi şəhid olub, 2 nəfər yaralanıb.

 

Ölənlər arasında Türkiyə ordusunun 8-ci korpusunun komandiri general Osman Erbaş da var.

sss