Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 11 hərbçi şəhid olub
...Türkiyənin şərqində hərbi helikopter qəzaya uğrayıb
Bakı, Nərgiz Qəhramanova, İnteraz - 04 Mart 2021, 23:19
Türkiyənin şərqində hərbi helikopter qəzaya uğrayıb.
İnterAz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində 11 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.
Ölənlər arasında Türkiyə ordusunun 8-ci korpusunun komandiri general Osman Erbaş da var.
Hadisənin başvermə səbəbləri açıqlanmır.